Yunanıstan tərəfdən Türkiyə sularına qovulan 15 miqrant xilas edilib

Yunanıstandan qanunsuz şəkildə Türkiyəyə itələnən 15 qanunsuz miqrant xilas edilib.

1678748
Yunanıstan tərəfdən Türkiyə sularına qovulan 15 miqrant xilas edilib

Yunanıstandan qanunsuz şəkildə Türkiyəyə itələnən 15 qanunsuz miqrant xilas edilib.

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Türkiyənin Hərbi Dəniz Qüvvələri tərəfindən pilotsuz uçuş aparatı ilə Egey dənizində icra edilən kəşf və nəzarət fəaliyyətləri zamanı Yunanıstan sahil təhlükəsizliyi qayıqlarının qanunsuz qaçqınları Türkiyənin sularına qovduğu aşkar edilib.

Hərbi Dəniz Qüvvələri heyəti rezin qayıqda olan 15 qanunsuz miqrantı Sahil Təhlükəsizlik Komandirliyinə məxsus qayığa götürərək quruya çıxarıb.

Milli Müdafiə Nazirliyi də hadisə ilə bağlı görüntüləri sosial media hesabında paylaşıb.



Әlaqәli Xәbәrlәr