Türkiyəyə məxsus F-16-lar Polşada ilk təhlükə siqnalına reaksiya missiyasını yerinə yetirdi

Türkiyənin F-16-ları NATO-daki vəzifəsi çərçivəsində Polşada ilk təhlükə siqnalına reaksiya missiyasını həyata keçirib.

1678219
Türkiyəyə məxsus F-16-lar Polşada ilk təhlükə siqnalına reaksiya missiyasını yerinə yetirdi

Türkiyənin F-16-ları NATO-dakı vəzifəsi çərçivəsində Polşada ilk təhlükə siqnalına reaksiya missiyasını həyata keçirib.

NATO-nun Genişləndirilmiş Hava Polisi missiyası üçün Polşadakı Hava Qüvvələri Komandanlığına aid iki F-16 təyyarəsinin Baltik dənizi bölgəsində ilk təhlükə siqnalına reaksiya missiyasını yerinə yetirdiyi açıqlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin bununla bağlı bəyanatında "NATO-nun Genişləndirilmiş Hava Polisi missiyası üçün Polşadakı Malbork Hava bazasında yerləşən iki F-16 təyyarəmiz Baltik dənizi bölgəsindəki ilk təhlükə siqnalına reaksiya missiyasını etibarlı bir şəkildə yerinə yetirdi. Təyyarələrimiz hər zaman vəzifələrə hazırdır" ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr