Türkiyə Gürcüstana hərbi-texniki xidmət maşınları hədiyyə etdi

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə ilə Gürcüstan arasında imzalanan Hərbi Maliyyə Əməkdaşlığı Müqaviləsinə (AMİBA) əsasən Gürcüstan Müdafiə Nazirliyinə hərbi-texniki xidmət maşınlar hədiyyə verib

1677549
Türkiyə Gürcüstana hərbi-texniki xidmət maşınları hədiyyə etdi

 

  Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə ilə Gürcüstan arasında imzalanan Hərbi Maliyyə Əməkdaşlığı Müqaviləsinə (AMİBA) əsasən Gürcüstan Müdafiə Nazirliyinə hərbi-texniki xidmət maşınlar hədiyyə verib.

  Paytaxt Tiflisə yaxın Orkhevi Hərbi Qışlağında təşkil edilən 4 texniki xidmət maşının təslimetmə mərasimində Gürcüstanın müdafiə naziri Juanşer Burçuladze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstanın Baş Qərargah rəisi Giorgi Matiaşvili, Türkiyənin Gürcüstan Səfirliyi Hərbi Attaşesinin polkovniki Burak Altıner və digər səlahiyyətlilər iştirak edib.

  Mərasimdən sonra Türkiyə səfiri sözügedən mövzu ilə bağlı deyib: “Türkiyənin Gürcüstan Silahlı Qüvvələrinə verdiyi dəstək davam edir.

  Bu iki ölkə strateji ortaqdır.

  Türkiyənin Gürcüstanın NATO ilə davam edən inteqrasiya müddətini də dəstəkləyirik.”

  Xatırladaq ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 2021-ci ilin 24 yanvar tarixində Gürcüstan Müdafiə Nazirliyinə lazer telemetrləri və bir sıra mühəndislik dəstləri hədiyyə etmişdi. 27 dekabr 2020-ci ildə isə Türkiyə Gürcüstana 35 “BMC Neocity” 8,5 metrlik dizel avtobus, 12 zirehli iş maşını və müxtəlif aparatlar verib.



Әlaqәli Xәbәrlәr