Ərdoğan elan etdiyi müjdəni Şimali Kipr parlamentində açıqladı

20 İyul Qıbrız Barış və Azadlıq Hərəkatının 47-ci ildönümü münasibətilə ölkə parlamentinin xüsusi iclasında millət vəkillərinə xitab edən Ərdoğan deyib...

1677537
Ərdoğan elan etdiyi müjdəni Şimali Kipr parlamentində açıqladı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bu gün Türkiyə ilə Şimal Kipr Türk Respublikası (Kuzey Kıbrıs Türk Cumhuriyeti ) arasındakı, gücünü şəhidlərin qanlarından alan əbədi və əzəli qardaşlığı bütün dünya istəsə də, istəməsə də bir daha elan edirik” deyə vurğuladı.

  20 İyul Qıbrız Barış və Azadlıq Hərəkatının 47-ci ildönümü münasibətilə ölkə parlamentinin xüsusi iclasında millət vəkillərinə xitab edən Ərdoğan deyib: “Bu gün burada yalnız ortaq həyəcanı, millətin ortaq qürurunu paylaşmırıq, Türkiyə ilə Şimali Kipr arasındakı, gücünü şəhidlərimizin qanlarından alan əbədi və əzəli qardaşlığımızı bütün dünya istəsə də, istəməsə də bir daha elan edirik.

  Qıbrız iddiası tarixi, vicdanı, mübarizəsi və 1974-cü ildə yazdığı qəhrəmanlıq dastanıyla böyük bir millətin iddiası oldu. Şimali Kipr iddiasının sahibi bala vətəniylə, ana vətəniylə böyük Türk millətinin hamısıdır. Bu iddianın sahibi şəhidlərimiz, qazilərimizdir.

  Qafillərin zəhərli ayrılıq oxlarını Qıbrız türk xalqının ürəyinə batırmasına fürsət verməyəcəyik. Şimali Kipr Türk Respublikasının varlığı və birliyi hər cür siyasi mülahizədən yuxarıdır.  

  EOKA terror təşkilatının əliylə qonşusu türklərin ismətinə, canına, malına qəsd etməkdən çəkinməyən yunanlar (rumlar) Kiprdəki türkləri heç bir zaman bərabər ortaqları olaraq görmədi.

  Nə qədər bizim burada sərgilədiyimiz birlik, bərabərlik, qardaşlıq iqlimi Amerika Birləşmiş Ştatlarındakı bəzilərini narahat etmiş olsa da, biz bu yolda qərarlılıqla gedəcəyik.

  Tarix boyu ağrı-acılı təcrübələr rum (yunan) tərəfinin ortaqlıq dövləti qurmaq kimi bir niyyətinin olmadığını açıq və dəqiq şəkildə hər kəsə göstərdi. Kiprdə ədalətli, qalıcı, davam etdirilən həll ancaq və ancaq adanın gerçəklərini əsas tutan bir yanaşmadır.

  Rum tərəfinin Kipr müzakirələrindəki münasibətinə gəlincə, biz bunlara inanmaqla daha 50 il itirmək istəmirik, Qıbrız respublika başçısı Ersin Tatarın İsveçrənin Cenevrə şəhərində təqdim edilən təklifə Türkiyənin dəstəyinin tam olduğunu vurğulayaraq "Güzəştə getmərik, gedə bilmərik" dediyi kimi”.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elan etdiyi müjdəni də Qıbrız parlamentində açıqladı: “Şimali Kipr Prezident Administarsiyası ilə əlaqədar layihə işləri bitdi və yaxınlarda inşasına başlanacaq. Lefkoşadakı Metehan bölgəsində 500 dönümlük ərazidə parlament binasının da olacağı kompleksin yanında millət bağçası da salınacaq”.



Әlaqәli Xәbәrlәr