Mövlud Çavuşoğlu Pakistan hökuməti və xalqına başsağlığı verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu, Pakistandakı avtobus qəzasında həyatını itirənlərin ailəsi başda olmaqla Pakistan xalqına və hökümətinə başsağlığı verib.

1677389
Mövlud Çavuşoğlu Pakistan hökuməti və xalqına başsağlığı verib

Mövlud Çavuşoğlu sosial media hesabında paylaşdığı mesajında: “Pəncab əyalətində avtobusun qəzaya düşməsi nəticəsində  çox sayda Pakistanlı qardaşımızın həyatını itirdiyini kədər hissi ilə öyrəndim. Qəza nəticəsində ölənlərə rəhmət və yaralananlara təcili şəfa arzulayır, qardaş Pakistan xalqına və hömukətə başsağlığı verirəm. Nazir Çavuşoğlu mesajında Pakistan Xarici işlər naziri Şah Mahmud Qureyşi də etiketləyib.

Xatırladaq ki, Səhər radələrində Pakistanın Pəncab əyalətinin Dera Qazi Xan ərazisində avtobusla yük maşınının toqquşması nəticəsində aralarında uşaqlar və qadınlar da olmaqla 28 nəfər həyatını tirib, 40 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr