Türkiyədən BMT-yə çağırış: “Suriya mövzusunda həssas olun”

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç BMT-nin şərhində maddi səhvlərə, əskik və yanıldıcı məlumatlara diqqət çəkərək, həssaslıq göstərilməsinə çağıraraq yazılı cavab verib...

1676702
Türkiyədən BMT-yə çağırış: “Suriya mövzusunda həssas olun”

 

  Türkiyə Suriyadakı Birləşmiş Millətlər Təşkilatı nümayəndələrinə bölgədəki humanitar problemləri sadə, tərəfsiz və müstəqil şəkildə müzakirə çağırışı etdi.

  Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç BMT-nin Suriya üzrə Daimi Koordinasiya Şurası, Suriya Böhranı üzrə Regional Humanitar Komitəsi və Uşaqlara Yardım Fondunun (UNİCEF) Orta Şərq və Şimali Afrika Bölgəsi üzrə İdarəsinin ortaq şərhində maddi səhvlərə, əskik və yanıldıcı məlumatlara diqqət çəkərək, həssaslıq göstərilməsinə çağıraraq yazılı cavab verib: “Türkiyə Suriyadakı humanitar vəziyyətlə bağlı BMT ilə nizamlı şəkildə təmasdadır. Buna baxmayaraq, 15 iyul 2021-ci il tarixli bu ortaq şərhdə maddi səhvlər, əskik və yanıldıcı məlumatlar yer alır.  

  Alluk Su Stansiyası Rasulayn yaxınlığında, Suriya müxalifətinin nəzarəti altındadır və bölgəyə elektrik enerjisi verməyə çalışır. Bu stansiyanın yanında olan Rasulayn və Tel-Abyad bölgəsinin tək elektrik qaynağı isə cənub tərəfdədir. Terror təşkilatı PKK/PYD və Suriya hökuməti Alluk Su Stansiyası və bölgəyə gedən elektrikə qəsdli şəkildə maneə törətməkdədir. Elektrik kəsilmələri stansiyadan su tədarükünü qeyri-mümkün edir və bölgə insanlarının vəziyyətini çətinləşdirir. Rasulayn və Tel-Abyad bölgəsində 18 aprel, Alluk Su Stansiyasında isə 26 iyundan bəri bu səbəbdən elektrik enerjisini verilə bilmir. Bab bölgəsinə içməli və əkinçilik məqsədli su tədarükünə də maneə törədilir.

  Ortaq şərhə imza atanlar Suriyadakı humanitar problemlərə seçici yanalaşır və yeni tip koronavirus (Covid-19) epidemiyası dövründə müxalifətin idarəsi altında yaşayan yüz minlərlə vətəndaşın elektrik və sudan qəsdli şəkildə məhrum olunduğunun yaratdığı dəhşətli nəticələri görməməzliyə vururlar.

  Suriyadakı humanitar problemlərin sadə, tərəfsiz və müstəqil şəkildə müzakirə olunması gərəkliyini bölgədəki bütün BMT nümayəndələrinə xatırladırıq.”



Әlaqәli Xәbәrlәr