Sultan Əhmədin ekizi Qanada

Açılış mərasimində Qana dövlət başçısı Nana Akuffo-Addo, müavin Mahmudu Bavumia, Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri professor Əli Erbaş, yüksək səlahiyyətlilər və çox sayda qonaq iştirak edib

1676527
Sultan Əhmədin ekizi Qanada

 

  Türkiyə tərəfindən Qərbi Afrika ölkəsi Qananın paytaxtı Akrada tikilən Sultan Əhməd Məscidi tərzində Qana Millət Məscidi və kompleksi ibadətə açıldı.

  Açılış mərasimində Qana dövlət başçısı Nana Akuffo-Addo, müavin Mahmudu Bavumia, Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri professor Əli Erbaş, yüksək səlahiyyətlilər və çox sayda qonaq iştirak edib.

  Mərasimdə etdiyi çıxışında Əli Erbaş deyib: “İslam insanlıq, dinclik, güvən, rifah kimi universal qanunları ortaya qoyan bir dindir. Türkiyənin Diyanət İşləri Rəhbərliyi, Diyanət Fondunun qatqıları və Türkiyə xeyriyyəçilərinin dəstəkləriylə dünyanın bir çox coğrafiyasında nə qədər məscid tikilib. Bunlardan biri də Akrada açılan Qana Millət Məscidi və kompleksidir. İstanbuldakı Sultan Əhməd Məscidi tərzində tikilən Qana məscidi və kompleksi artıq xidmətə başladı, ibadətə açıldı”.



Әlaqәli Xәbәrlәr