“Çevrilişi çevriliş edən bir millətin nümayəndələriyik”, M.Çavuşoğlu

Özbəkistan səfəri zamanı Türkiyənin ölkədəki səfirliyində təşkil edilən 15 İyul Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbirdə iştirak və çıxış edən Çavuşoğlu deyib...

1675925
“Çevrilişi çevriliş edən bir millətin nümayəndələriyik”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatının (FETÖ) fəaliyyətlərinin davam etdiyi ölkələrə səslənərək "Milli təhlükəsizliyiniz və uşaqlarınızın gələcəyi üçün xainlərdən yol yaxınkən ayrılın və xilas olun, sabah çox gec ola bilər" dedi.

  Özbəkistan səfəri zamanı Türkiyənin ölkədəki səfirliyində təşkil edilən 15 İyul Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbirdə iştirak və çıxış edən Çavuşoğlu deyib: “Türkiyə dövlətdən xainləri təmizlədikcə daha da güclənir. Çevrilişi çevriliş edən bir millətin nümayəndələri olduğumuz üçün qürur duyuruq. Xainləri dövlətimizdən təmizlədikcə gücləndik. Bu gün Türkiyə daha güclü, daha müstəqildir.

  FETÖ qaynaqlı məktəblərin fəaliyyətlərini 42 ölkədə sonlandırdıq. Bir çox ölkədən çox sayda FETÖ mənsubunu kənarlaşdırdıq. FETÖ ilə dünyanın hər yerində mübarizəyə birlikdə davam edəcəyik.

  Buradan hər kəsə bird aha deyirəm: bu hiyləgər terror təşkilatı bu gün bizə, sabah sizə hücum edəcək. Bizdə gənclərin beyinlərini necə yudularsa, sizin gənclərinizin də beyinlərini eyni şəkildə pozurlar. Öz milli təhlükəsizliyimiz, sizin milli təhlükəsizliyiniz, uşaqlarınızın gələcəyi üçün xainlərdən yol yaxınkən ayrılın və bunlardan xilas olun. Sabah çox gec ola bilər. Təəssüf ki, bəzi qardaş ölkələrdə onlar hələ var.  

  Özbəkistan hökumətinə təşkilata qarşı gördüyü tədbirlərə görə təşəkkür edirik.”



Әlaqәli Xәbәrlәr