“21-ci əsrin ən böyük demokratiya dastanını birlikdə yazdıq”, M.Z.Sobacı

Türkiyə Radio Televiziya Qurumunun (TRT) baş direktoru professor Mehmet Zahid Sobacı 15 İyul Demokratiya və Milli Birlik Gününü proqramlarla xatırlamağa, bu mübarizəni bütün platformalarda izaha davam edəcəklərini söylədi

1675869
“21-ci əsrin ən böyük demokratiya dastanını birlikdə yazdıq”, M.Z.Sobacı

 

  Türkiyə Radio Televiziya Qurumunun (TRT) baş direktoru professor Mehmet Zahid Sobacı 15 İyul Demokratiya və Milli Birlik Gününü proqramlarla xatırlamağa, bu mübarizəni bütün platformalarda izaha davam edəcəklərini söylədi.

  TRT rəhbərliyi tərəfindən 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə qurumun həyətində xatirə tədbiri təşkil edilib. Proqram TRT sənətçisi Ömər Faruk Güneyin sale oxuması və Qurani-Kərim avazı ilə başlayıb.

  Tədbirdə çıxış edən TRT-nin baş direktoru Sobacı deyib: “5 il əvvəl bu gün 21-ci əsrin ən böyük demokratiya dastanını birlikdə yazdıq, Türkiyənin keçilməz olduğunu bütün dünyaya gur səslə eşitdirdik. Fərdlər birləşib bir millət möcüzəsi yaratdığını bütün dünyaya göstərdi. Hörmətli ölkə başçısımız Rəcəb Tayyib Ərdoğanın “Mən millətin gücündən üstün hər hansı bir güc tanımadım” kəlamı ölkənin dörd bir tərəfinə yayılaraq əslində dalğa-dalğa o qaranlıq gecəni işıqlığa qovuşduran sözlər oldu.

  Bu millət gənci, yaşlısı, qadını, kişisiylə iradəsinə kölgə salmağa çalışan xain bir şəbəkəyə qarşı dastan yazdı: demokratiya və müstəqilliyini yalın əlləriylə, canı bahasına, qanı bahasına almaq üçün böyük bir iradə nümayiş etdirdi.

  Unutmayaq ki, əslində canıyla demokratiyasına sahib çıxan tək bir ölkə var, o da Türkiyədir.

  Türkiyənin ən yaşlı yayım kanalı olan TRT də bu əmanətə sahib çıxdı.

  15 İyul Demokratiya və Milli Birlik Gününü yayımlarla xatırlamağa, bu mübarizəni bütün platformalarda izahlara davam edəcəyik. Bu, bizim ən fundamental missiyamız, məsuliyyətimiz və şəhidlərə borcumuzdur. Biz bütün dünyaya Fətullahçı Terror Təşkilatının (FETÖ) qaranlıq, çirkin üzünü göstərmək məcburiyyətindəyik. Bu bir göstəriş deyil, məsuliyyət və borcdur ki, ən yaxşı şəkildə yerinə yetirməliyik."

  Tədbirdə TRT İdarə Heyətinin sədri professor Əhməd Albayrak da iştirak edib.



Әlaqәli Xәbәrlәr