Türkiyə Yunanıstana "Qalatasaray" komandasına rəftarına görə sərt reaksiya verib

Türkiyə, Yunanistan Olympiakos futbol komandası ilə yoldaşlıq oyunu üçün Afinaya gedən "Qalatasaray" futbol komandasına qarşı sərgilənən rəftara reaksiya verib.

1674318
Türkiyə Yunanıstana "Qalatasaray" komandasına rəftarına görə sərt reaksiya verib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Səfir Tanju Bilgiç jurnalistlərə mövzu ilə əlaqəli açıqlamasında özünə ünvanlanan bir suala cavabən, "Qalatasaray" futbol komandasının Yunanıstan Olympiakos komandası ilə yoldaşlıq oyunu üçün 13 iyul axşamı Afinaya getdiyini xatırladaraq: “Komandamız ölkəyə daxil olarkən oyunçulardan tələb edilən PCR testlərinin nəticələri  mənfi  olmasına baxmayaraq qəbul edilməməsi və komandanın  testlərinin yenilənməsinin  istənilməsi  etik və yaxşı niyyət əlaməti deyil. Komandamız bu kobud rəftara haqlı reaksiya verərək ölkəyə daxil olmazdan Türkiyəyə qayıdıb. Yunanıstanın ölkəmizin önəmli komandalarından birinə belə bir münasibətlə yanaşması bu ölkənin idman sahəsində də Türkiyəyə qarşı nəqədər dözümsüz olduğu göz önünə sərir”.



Әlaqәli Xәbәrlәr