Türkiyə Hondurasın qərarını qınadı

Türkiyə Hondurasın Tel-Əviv səfirliyini Qüdsə köçürməsini beynəlxalq hüquqa zidd olaraq qiymətləndirib.

1664367
Türkiyə Hondurasın qərarını qınadı

Türkiyə Hondurasın Tel-Əviv səfirliyini Qüdsə köçürməsini beynəlxalq hüquqa zidd olaraq qiymətləndirib.

Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında deyilib:

"Bu addımla Honduras Qüdsün statusu mövzusunda BMT 
 qərarları daxil olmaqla beynəlxalq hüququ pozdu, iki dövlətli bir həll və bölgədəki sülh ümidlərinə zərər verdi.

Hondurasın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi və səfirliyin açılışının olması mənfi bir addımdır. Bu qərarı qınayırıq. Hondurası "bu səhv qərarından" geri addım atmağa çağırırıq.

Qeyd edək ki, Latın Amerikası ölkəsi Honduras səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü və səfirlik binası dünən (24 iyun) Honduras Prezidenti Xuan Orlando Ernandes tərəfindən istifadəyə verildi.

Bu addımla Honduras, Amerika Birləşmiş Ştatları, Qvatemala və Kosovodan sonra səfirliyini Qüdsə köçürən 4-cü ölkə oldu.



Әlaqәli Xәbәrlәr