Türkiyə “Kovid-19” əleyhinə peyvənd hazırlayan ölkələr arasına daxil olur
Türkiyənin hazırladığı yeni növ koronavirus (Kovid-19) əleyhinə “Türkovac” peyvəndinin 3-cü mərhələ sınaqlarına qatılmaq üçün 846 min 451 könüllü müraciət edib.

Səhiyyə naziri Fahrettin Koca, Twitter-dəki şərhində bu barədə danışıb: “Türkiyədə hazırlanan Türkovacın üçüncü mərhələ sınaqları çərçivəsində ilk doza tətbiq edilib. 40 min 800 könüllünün köməyinə ehtiyac olmasına baxmayaraq, qısa müddətdə 846 min 451 müraciət qeydə alınıb. Nəticənin qənaətbəxş olacağına inamımız tamdır. Türkiyə qısa müddətdə öz peyvəndini istehsal edən ölkələr arasına daxil olacaq”.
Qeyd edək ki, Kayseri Erciyes Universiteti, Səhiyyə Nazirliyi, Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSİB) əməkdaşlığı ilə hazırlanan “TURKOVAC”-ın üçüncü mərhələ araşdırmaları çərçivəsində vaksinasiya tətbiqinə dünən Ankara Şəhər Xəstəxanasında start verilib”.
Әlaqәli Xәbәrlәr

Malayziya kralı son 30 ildə ilk dəfə olaraq Türkiyəyə gəlir
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumatda yazılır...