TİKA Qəzza zolağına humanitar yardımlarını davam etdirir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İsrailin Qəzza zolağına 10-21 may hücumları zamanı göstərdiyi yardımı davam etdirir.

1663124
TİKA Qəzza zolağına humanitar yardımlarını davam etdirir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İsrailin Qəzza zolağına 10-21 may hücumları zamanı göstərdiyi yardımı davam etdirir.

TİKA-nın Qəzza Ofisi tərəfindən yayılan məlumatda hücumların davam etdiyi günlərdə evlərinin yıxılması və dağıdılması səbəbiylə məktəblərə sığınmaq məcburiyyətində qalan təxminən 50 min adama isti yemək paylandığı bildirilərək, ayrıca 1600 ailəyə ərzaq bağlaması, 1600 ailəyə gigiyena paketləri  paylanıb.

Hücumlarda yaralananlara təcili müdaxilə zamanı istifadə edilməsi üçün dərman və tibbi avadanlıqların da verildiyi ifadə edilən məlumatda əlil arabaları və başqa yardım materiallarından 500-dən çox ehtiyacı olan insanların istifadə etdiyi qeyd edilib. 

Məktəblərə sığınanlara paylanan ədyalllardan sonra yaxınlarının ynına sığınmaq məcburiyyətində qalan ailələrə yastıq, yorğan və ərzaq ilə gigiyena bağlamalarından ibarət dəstin paylanmağa başladığı bildirilib.

Məlumatda  ayrıca 1000-dən çox ailənin bu yardımlardan faydalanacağı vurğulanıb. 

İsrailin mühasirədə olan Qəzza zolağına 10 mayda başlatdığı hücumlar "Həmas" ilə əldə edilən atəşkəsə uyğun olaraq 21 mayda sona çatdı.

İsrailin Qəzzaya etdiyi hücumlarda 66 uşaq və 39 qadın olmaqla 254 fələstinli həyatını itirdi, 1948 nəfər yaralandı, minlərlə bina tamamilə dağıdıldı və ya yararsız hala gətirildi.



Әlaqәli Xәbәrlәr