M.Çavuşoğlu Berlin Konfransından əvvəl Heiko Maas ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya ilə əlaqədar İkinci Berlin Konfransına qatılmaq üzrə səfərdə  olduğu Almaniyada həmkarı Heiko Maas ilə görüşüb

1663287
M.Çavuşoğlu Berlin Konfransından əvvəl Heiko Maas ilə görüşdü

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya ilə əlaqədar İkinci Berlin Konfransına qatılmaq üzrə səfərdə  olduğu Almaniyada həmkarı Heiko Maas ilə görüşüb

  "Twitter" hesabından görüşlə əlaqədar nazir yazıb: "Həmkarımla baş tutan görüşdə Liviya, immiqrasiya və gömrük sistemi, Avropa İttifaqı ilə əlaqələr və turizm mövzularını müzakirə etdik". 

  Çavuşoğlu Almaniyadakı təmasları çərçivəsində Liviyanın baş naziri Əbdülhəmid Dibeybe ilə də bir araya gəlib. 

  Liviya Baş Nazirliyinin Mətbuat Xidmətindən yayılan məlumata görə, Dibeybə ilə Çavuşoğlu İkinci Berlin Konfransında səslənəcək siyasi mövqelərin koordinasiyası məsələlərini müzakirə ediblər.  

  Liviyadakı siyasi proses və 24 dekabr seçkilərinin müzakirə ediləcəyi İkinci Berlin Konfransı iyunun 23-də Birləşmiş Millətlər Təşkilatı və Almaniyanın həmsədrliyi ilə Türkiyə də daxil olmaqla başqa dövlət nümayəndələrinin də iştirakı ilə keçiriləcək. Yığıncaqda Liviyanın baş naziri Əbdülhəmid Dibeybə, BMT baş katibinin siyasi məsələlər üzrə katibinin müavini Rozmarin de Karlo və Liviya ilə əlaqədar ölkələrin xarici işlər nazirləri iştirak edəcək.

  Xatırladaq ki, Liviya böhranına siyasi həll yolu tapmaq üçün birinci yığıncaq 19 yanvar 2020-ci il tarixində  keçirilib. 



Әlaqәli Xәbәrlәr