Rusiyadan ilk turist karvanı gəldi

Rusiyadan ilk turist karvanı bu gün “turizm paytaxtı” Antalyaya gəldi.

1662409
Rusiyadan ilk turist karvanı gəldi

Rusiyanın 15 apreldə yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbi ilə Türkiyəyə qoyduğu uçuş məhdudiyyəti 22 iyun tarixi etibarı ilə sona çatıb.

Buna görə, Rusiyanın paytaxtı Moskvadakı Vnukova Hava limanından havalanan Türk Hava Yolları (THY) təyyarəsi, 132 sərnişinlə Türkiyə vaxtı ilə saat 05:40-da Antalya Hava Limanına enib. Turistlər termal kameralardan keçərək hava limanına daxil olublar. Pasport əməliyyatlarından sonra epidemiya tədbirləri çərçivəsində çamadanlarını götürən turistlər servislərlə qalacaqları otellərə köçürülüblər. Gün ərzində Rusiyadan 44 təyyarə ilə 12 mindən çox turistin Antalyaya gəlməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr