Türkiyə - İspaniya arasında yeni dialoq

Türkiyə ilə İspaniya arasında ikitərəfli mövzuların müzakirə edilicəyi videokonfran keçirilir

1661722
Türkiyə - İspaniya arasında yeni dialoq

 

  Türkiyə ilə İspaniya arasında ikitərəfli mövzuların müzakirə edilicəyi videokonfran 21 iyunda keçirilir. İclasda hər iki ölkəni maraqlandıran mövzular və Avropa İttifaqı(Aİ) ilə əlaqəli məsələlər müzakirə ediləcək.

  Türkiyə Xarici İşlər Nazirliyindən bu barədə məlumat yayılıb. Bildirilib ki, Türkiyə ilə İspaniya arasındakı yığıncağa nazir müavini və Aİ işləri üzrə idarənin rəhbəri səfir Faruk Kaymakcı ilə İspaniyanın Xarici işlər naziri, Aİ və Əməkdaşlıq nazirliyinin Baş katibi Juan Gonzalez Barba rəhbərlik edəcək. Bəyanatda həmçinin qeyd edilib ki, iclasda Türkiyə-İspaniya 7-ci Hökumətlərarası Sammint ilə əlaqəli hazırlıqlar və ikitərəfli münasibətlər müzakirə ediləcək. Türkiyə-Aİ əlaqələri çərçivəsində fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr