Türkiyə Yunanistan məhkəməsinin qərarını qınayıb

Türkiyə, Yunanistan məhkəməsinin İskeçə (Xanthi) Müftisi Əhməd Mətənin 15 ay həbsə məhkum edilən qərarını qınayıb.

1660584
Türkiyə Yunanistan məhkəməsinin qərarını qınayıb

Xarici İşlər Nazirliyi, Yunanıstan məhkəməsinin “ictimai asayişi pozmaqda” günahlandırılan Mətə haqqında 15 ay həbs cəzası verildiyinə dair qərarıla bağlı açıqlama verib.

Nazirliyin şərhində: “Sözügedən qərar, Yunanıstanın Qərbi Trakya Türk azlığı tərəfindən seçilən müftilərə qarşı qanuni təzyiq və təhdid siyasətinin təzahürüdür”.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müftilərin fəaliyyətləri ilə əlaqəli Yunanıstan əleyhinə çox sayda pozuntu qərarı qəbul etdiyi xatırladılan açıqlamada Yunanıstanın müftilərə qarşı əsassız ittihamlarla məhkəmə prosesləri apardığı, insanların dini və ictimai vəzifələrini sərbəst şəkildə yerinə yetirmələrinin qarşısını almağa çalışdığı qeyd edilib. Bu ədalətsiz qərarın məhkəmə prosesinin sonrakı mərhələlərində düzəldiləcəyinin ümid edildiyi bildirilib və Qərbi Trakya Türk azlığının və seçdiyi müftilərin əsas hüquq və azadlıqlarını pozan zalım tətbiqlərə son qoyulması tələb olunub. Türkiyənin Qərbi Trakya Türk azlığının beynəlxalq müqavilələr və konvensiyalarla zəmanət altına alınan hüquqlarını izləməyə davam edəcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr