"Türkiyəsiz bir Avropa İttifaqının güc mərkəzi olması mümkün deyil", R.T.Ərdoğan

Türkiyənin Antaliya şəhərində təşkil edilən Cənubi-Şərq Avropa Ölkələri ilə Əməkdaşlıq Müddəti Forumunda iştirak edən R.T.Ərdoğan burada etdiyi çıxışında deyib...

1660074
"Türkiyəsiz bir Avropa İttifaqının güc mərkəzi olması mümkün deyil", R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan "Türkiyənin tam üzv olaraq iştirak etmədiyi bir Avropa İttifaqının çəkisi və güc mərkəzi olması hədəfinə çatması mümkün deyil" dedi.

  Türkiyənin Antaliya şəhərində təşkil edilən Cənubi-Şərqi Avropa Ölkələri ilə Əməkdaşlıq Müddəti Forumunda iştirak edən R.T.Ərdoğan burada etdiyi çıxışında deyib: “Qarşılaşdığımız o qədər haqsızlıqlara baxmayaraq, yarım əsrdir israrla və səbirlə davam etdirdiyimiz tam üzvlük mübarizəmizin artıq nəticələnməsini istəyirik. İttifaqın içinə düşdüyü strateji korluqdan təcili xilas olmasını və müsbət gündəm çərçivəsində iştirak müddətini irəlilətməsini gözləyirik.

  Cənubi-Şərqi Avropa ölkələri olaraq biz nizamsız köç axınları ilə əlaqədar baş verənləri tribunadan söyləyə bilmirik. Qlobal ölçüdə artan irqçilik, İslam düşmənliyi və immiqrant əleyhdarlığı get-gedə bir milli təhlükəsizlik probleminə çevrilir.

  Türkiyənin tam üzv olaraq iştirak etmədiyi bir Avropa İttifaqının çəkisi və güc mərkəzi olması hədəfinə çatması mümkün deyil”.



Әlaqәli Xәbәrlәr