Ərdoğan və Əliyev Şuşada Cıdır düzündə at yarışını izlədilər

At yarışlarından sonra İlham Əliyev Türkiyə başçısı Ərdoğana at bağışlayıb

1658860
Ərdoğan və Əliyev Şuşada Cıdır düzündə at yarışını izlədilər
erdogan aliyev at yarisi.jpg
erdogan-aliyev susa.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Şuşada at yarışını izlədilər.

  Ərdoğan və Əliyev iyunun 15-ində Şuşa İcra Hakimiyyətinin bağçasında təşkil edilən mətbuat konfransından sonra şəhərin tarixi və mədəni yerlərini ziyarət ediblər. Daha sonra iki lider Şuşanın cənubundakı Cıdır düzünə keçiblər.

  Əsrlər boyu azərbaycanlıların at yarışlarına ev sahibliyi edən Cıdır düzündə yerli oyunlar və musiqinin müşayətilə keçirilən at yarışına iki ölkənin liderləri və həyat yoldaşları bərabər tamaşa ediblər.

  At yarışlarından sonra İlham Əliyev Türkiyə başçısı Ərdoğana at bağışlayıb.



Әlaqәli Xәbәrlәr