İmmiqrantlar xilas edilərək Türkiyə gəmisi ilə Malta sahillərinə çıxarıldı

"M/V Uğur Dadaylı" gəmisinin immiqrantları xilas etməsi üçün Türkiyə ilə Malta arasında gərgin diplomatik danışıqlar gedib

1658685
İmmiqrantlar xilas edilərək Türkiyə gəmisi ilə Malta sahillərinə çıxarıldı

 

  “Marşal adaları” bayraqlı Türkiyə ticarət gəmisinin Aralıq dənizində xilas etdiyi 100 nizamsız immiqranta Malta öz qapılarını açdı.

  Türkiyənin “Marşal adaları” bayraqlı "M/V Uğur Dadaylı" ticarət gəmisi 12 iyunda Aralıq dənizində gəmiləri batmaq üzrə olan nizamsız immiqrantlara kömək edib. Gəmi Tunisin Safakes şəhərindən eyni ölkənin Susa limanına üzərkən Malta Sahil Xidmətinin istiqamətləndirməsiylə Aralıq dənizinin Türkiyə hissəsində təknədəki təxminən 100 immiqrantı qurtarıb.

  "M/V Uğur Dadaylı" gəmisinin immiqrantları xilas etməsi üçün Türkiyə ilə Malta arasında gərgin diplomatik danışıqlar gedib. Ölkələrin xarici işlər nazirlikləri və səfirliklərin işə müdaxiləsi nəticəsində sürətlə əldə edilən icazə ilə Türkiyə gəmisindəki nizamsız immiqrantlar eyni gün axşam saatlarında Malta sahillərinə aparılıb.



Әlaqәli Xәbәrlәr