“Türkiyə İraqdan Afrikaya qədər bütün sülh cəhdlərinə liderlik edir”, R.T.Ərdoğan

NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində təşkil edilən Brüssel Forumunun "Sabitliyə töhfə" başlıqlı iclasında video-konfrans yoluyla çıxış edən Ərdoğan deyib...

1657816
“Türkiyə İraqdan Afrikaya qədər bütün sülh cəhdlərinə liderlik edir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Yalnız öz milli maraqlarımız üçün deyil, transatlantik coğrafiyasının təhlükəsizlik və sabitliyinin təminatına görə mühüm bir məsuliyyəti də boynumuza götürdüyümüzü bilir, addımlarımızı bu şüurla atırıq" ifadələrini işlətdi.

  NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində təşkil edilən Brüssel Forumunun "Sabitliyə töhfə" başlıqlı iclasında video-konfrans yoluyla çıxış edən Ərdoğan deyib: “Türkiyə İraqdan Əfqanıstana, Qafqazlardan Balkanlara, Qara dənizdən Aralıq dənizinə və Afrikaya qədər sabitliyin bərpası ilə bağlı bütün cəhdlərə liderlik edir, töhfə verir.

  Türkiyə qonşularıyla əlaqələrdə beynəlxalq hüquq, ədalət və haqqa hörmətlə yanaşır. Qonşumuz və müttəfiqimiz Yunanıstanla dialoqun canlandırılmasının ikitərəfli məsələlərin həlli ilə yanaşı bölgəmizin sabitlik və rifahına da xidmət etdiyinə inanıram.

  Bu gün sabitliyin təsisinin önündəki ən böyük maneələrdən biri terrordur. Türkiyə NATO başda olmaqla əlaqədar bütün beynəlxalq platformalarda terrorla mübarizədə ilk səfdə yer almaqdadır.

  PKK/PYD-dən DAEŞ və FETÖ-yə qədər bir çox terror təşkilatlarıyla sərhədlərimiz daxilində və xaricində gərgin mübarizə içindəyik.

  Türkiyə DAEŞ-ə sinə gərən və bu yolda gənc övladlarını şəhid verən tək NATO müttəfiqidir.

  Sərhəd xarici əməliyyatlarımızda 4 minə qədər DAEŞ terrorçusu zərərsizləşdirilib.

  Terrorun hər növünə qarşı apardığımız mübarizədə təəssüf ki, müttəfiqlərimizdən və ortaqlarımızdan gözlədiyimiz dəstək və həmrəyliyi görə bilmirik.

  Suriya, İraq və Türkiyədə əli günahsızların qanına bulaşan terror təşkilatı dəstəbaşılarının rəsmi vəzifə sahibi kimi ən üst səviyyədə qəbul edildiyinin, dəstəklənildiyinin şahidi oluruq.

  Unudulmamalıdır ki, Türkiyənin sərhədləri, eyni zamanda NATO-nun sərhədləridir. Bu baxımdan yalnız öz milli maraqlarımız deyil, transatlantik coğrafiyasının təhlükəsizlik və sabitliyinin təminatı üçün də əhəmiyyətli bir məsuliyyəti boynuna götürdüyümüzü bilir, addımlarımızı bu şüurla atırıq.

  Türkiyə NATO hərəkat və missiyalarına ən çox töhfə verən ilk 5, ortaq büdcəyə ən çox qatqı təmin edən ilk 8 müttəfiq dövlət arasında yer alır.

  Yüksək Hazırlıq Səviyyəli Müştərək Xidmət Qüvvəsinin əmri də bu il Türkiyədədir. İttifaqın ən böyük ikinci ordusuna sahib olan Türkiyə NATO-nun mövcud təhdid və imtahanlara qarşı adaptasiyası üçün aktiv rol oynamaqdadır.

  Türkiyə dinamik iqtisadiyyatı, güclü müdafiə sənayesi, sadə xarici siyasəti və müttəfiqləriylə əməkdaşlıq içində qlobal barış, rifah və sabitliyin təsisinə kömək olmağı davam etdirəcək."



Әlaqәli Xәbәrlәr