“Baydeni Türkiyəyə dəvət etdim, gələ biləcəyini söylədi”, R.T.Ərdoğan

Görüşlərdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Türkiyə prezidenti deyib...

1657953
“Baydeni Türkiyəyə dəvət etdim, gələ biləcəyini söylədi”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenlə son dərəcə faydalı bir görüş reallaşdırdıqlarını söylədi.

  NATO Liderlər Zirvə Toplantısı ilə əlaqədar Belçikanın paytaxtı Brüsseldə olan Ərdoğan ABŞ prezidenti Baydenlə bir araya gəlib.

  İki ölkə başçısı mətbuata qapalı söhbətdən sonra heyətlərarası görüşlərə keçiblər.

  Görüşlərdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Türkiyə prezidenti deyib: "İki müttəfiqə və strateji ortağa yaraşan şəkildə, dialoq kanallarını təsirli istifadə etməklə bağlı razılığa gəldik.

  Ortaq maraqlara malik olduğumuz sahələrdəki əməkdaşlıq imkanlarını müzakirə etdik.

  S-400-lə bağlı bizim mövqeyimiz bundan əvvəl necə idisə, o şəkildə hörmətli Baydenə ifadə etdim, F-35 məsələsi də həmçinin.

  Türkiyə-ABŞ əlaqələrində həll edilə bilməyəcək bir məsələ yoxdur.

  Əməkdaşlıq sahələrində problemlərdən çıxış yolları vardır.

  Əfqanıstandan çıxmamız istənilmirsə, diplomatik və maliyyə məsələlərində ABŞ-ın bizə verəcəyi dəstək böyük əhəmiyyət kəsb edir.

  Qabil Havalımanının təhlükəsizliyi təmin edilməlidir.

  Pakistan və Macarıstanı yanımızda görmək istədiyimizi Baydenə söylədik.

  Baydeni Türkiyəyə dəvət etdim, gələ biləcəyini söylədi.

  NATO Zirvəsi ilə bağlı onu deyə bilərəm ki, qlobal sabitliyin mühafizəsində NATO həm təyinedici, həm məsuliyyət artırıcı addımlar atdı. Dövr məsuliyyətdən qaçma deyil, daş üstə daş qoyma dövrüdür.

  Aralıq dənizindən Qara dənizə, Avropadan Asiyaya qədər NATO-nun təmin etdiyi təhlükəsizlik çətirinə ehtiyac duyulan hər yerdə ittifaq aktiv rolunu göstərməlidir.  

  Türkiyənin sərhəd kənarı əməliyyatları sayəsində 8200 kvadrat kilometrdən çox sahəni terrordan təmizləmişik.

  NATO toplantısında istər xitabımızda, istərsə də ikili görüşlərimizdə PYD/PKK-ya verilən dəstəyin artıq sonlandırılması lazım olduğunu açıqca dilə gətirdik.

  Terrorçuların heç bir tədqiqata cəlb edilmədən azad gəzməsi, hətta başqa ölkələrdə də cinayət törətməsi böyük bir zəiflikdir. Xahişimiz budur ki, bütün müttəfiqlərimiz dayaz siyasi hesabları artıq bir tərəfə buraxıb Türkiyə ilə tam bir həmrəylik nümayiş etdirsinlər.”



Әlaqәli Xәbәrlәr