Hulusi Akar İtaliya və İngiltərənin müdafiə nazirlərilə görüş keçirib

Milli müdafiə naziri Hulusi Akar İngiltərənin müdafiə naziri Ben Uolles və İtaliyanın müdafiə naziri Lorenzo Querini ilə üçtərəfli görüşdə bir araya gəlib.

1656416
Hulusi Akar İtaliya və İngiltərənin müdafiə nazirlərilə görüş keçirib

Milli müdafiə naziri Hulusi Akar Liviyaya səfərindən əvvəl  İtaliyanın Siciliya adasına gedərək İngiltərənin müdafiə naziri Ben Uolles və İtaliyanın müdafiə naziri Lorenzo Querini ilə üçtərəfli görüşdə bir araya gəlib. 

Augusta limanında lövbər atmış HMS Queen Elizabeth təyyarə gəmisində baş tutan görüşdə ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsindəki əlaqələrlə regional mövzular ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

Nazir Akar İstanbulda NATO Dəniz Təhlükəsizliyi Mükəmməl Mərkəzi Komandanlığının rəsmi açılışından sonra İtaliyaya səfər edib. 

Siciliya adasındakı Sigonella Hərbi Hava Limanında səlahiyyətlilər tərəfindən qarşılanan Akar Augusta Limanına gedib.

İlk olaraq italyan nazir Querini ilə ilk görüşən Akar daha sonra Türkiyə, İngiltərə və İtaliya müdafiə nazirləri arasındakı üçtərəfli görüşə qatılıb.

Bu görüşdən sonra Akar İngiltərənin müdafiə naziri Uolles ilə də ikitərəfli görüş keçirib.

Milli Müdafiə naziri Hulusi Akar görüşlərdən sonra verdiyi açıqlamada danışıqların konstruktiv və müsbət olduğunu ifadə edərək, "Müzakirə etdiyimiz mövzularda qarşılıqlı anlayış birliyinin olduğunu böyüm məmnuniyyətlə müşahidə etdim" deyib.
Müzakirələrdən sonra nazir Akar Liviyaya gedib.



Әlaqәli Xәbәrlәr