TBMM-nin sədri Mustafa Şentop Qırğızıstanın Prezidenti Sadır Japarovla bir araya gəlib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla Məclisdə bir araya gəlib.

1655591
TBMM-nin sədri Mustafa Şentop Qırğızıstanın Prezidenti Sadır Japarovla bir araya gəlib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla Məclisdə bir araya gəlib. 

Japarovu və onu müşayiət edən nümayəndə heyətini qonaq etməkdən məmnun olduğunu ifadə edən Şentop Japarovu qardaş qırğız xalqının 80 faizi kimi yüksək səs nisbətilə Prezident seçildiyi üçün şəxsi və TBMM üzvləri adından təbrik edib.

Şentop 11 apreldə Qırğızıstanda konstitusiya dəyişikliyinə dair referendum nəticəsində xalqın səsini qazanan Prezident Hökumət Sisteminin və 5 mayda vəzifəsinin icrasına başlayan yeni kabinetin xeyirli olmasını diləyib.

Mustafa Şentop TBMM sədrləri ilə Qırğızıstan Respublikası Məclisinin rəhbərlərinin hər zaman çox səmimi və yaxın münasibətlərdə olduqlarını və müxtəlif səbəblərlə ikitərəfli və çoxtərəfli mövzularda faydalı məsləhətləşmələr apardıqlarını bildirib.

Yeni növ koronavirus (Covid-19) epidemiyasının mənfi təsirlərinə baxmayaraq, keçən il ikitərəfli ticarət həcmində ciddi bir azalma olmadığını vurğulayan Şentop Türkiyənin qardaş Qırğızıstanın sosial və iqtisadi inkişafına verdiyi dəstəyi ilə təhsil, mədəniyyət və sağlamlıq sahələrindəki əməkdaşlıq layihələrinin artaraq davam edəcəyini ifadə edib.

Qırğızıstan Prezidenti Japarov da iki ölkə arasında tarixi və mədəni əlaqələr üzərində qurulan münasibətlərin yalnız qardaşlıq zəminində deyil, strateji bir ölçüyə çatdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr