Türkiyənin SİHA-ları Almaniya və Yunanıstan mediasında

Almaniyada dərc olunan "Die Welt" qəzeti və Yunanıstan mətbuatı Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatlarının (SİHA) uğurunu vurğulayıb.

1653895
Türkiyənin SİHA-ları Almaniya və Yunanıstan mediasında

Almaniyada dərc olunan "Die Welt" qəzeti və Yunanıstan mətbuatı Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatlarının (SİHA) uğurunu vurğulayıb.

"Die Welt" qəzeti "Türkiyənin SİHA-ları ixracda necə rəğbət qazanır" başlıqlı xəbərində Türkiyənin SİHA-larına diqqət yetirib.

Xəbərdə NATO üzvü Polşanın 24 Türk SİHA-sı sifarişi verdiyi xatırladılıb.

Türkiyənin SİHA-larının yüksək texnologiya ilə təchiz olunduğunu vurğulayan qəzet "Amerika Birləşmiş Ştatları və İsrailin yerini Türkiyə tutur" deyib və daha çox ölkənin "Bayraktar TB2" almaq istədiyini vurğulayıb.

Yunanıstan mətbuatı da sahəsində ən yaxşılar arasındakı "Bayraktar TB2" ilə Türkiyənin özünü İraq, Suriya və Qarabağın şimalında sübut etdiyini vurğulayıb və Türkiyənin öz sərhədlərində də daha güclü hala gəldiyinə işarə edib.

Yunanıstandakı bir xəbər saytı isə "Nə üçün Türkiyənin SİHA-ları bu qədər satır" başlığı ilə mövzunu qiymətləndirib.

Xəbərdə Türk SİHA-larının sınaqdan keçirildikləri və istifadə olunduqları yerlərdə maksimum bal toqladıqları vurğulanıb.



Әlaqәli Xәbәrlәr