TBMM sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin üzvlərini təbrik edib

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

1639642

M. Şentop müqəddəs Ramazan bayramı münasibətilə həmkarını və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Azərbaycan Milli Məclisinin sədri də öz növbəsində həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Mustafa Şentop ayrıca Tunis və Küveytin Məclis sədrlərilə də telefonla danışaraq onları Ramazan bayramı münasibətilə təbrik edib.

Telefon söhbəti zamanı regional və beynəlxalq gündəmdəki mövzulardan da danışılıb. 

Әlaqәli Xәbәrlәr