Türk əsgəri Aralıq dənizində faciənin qarşısını alıb

Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını alıb.

1639343
Türk əsgəri Aralıq dənizində faciənin qarşısını alıb

Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını alıb.

Liviya sahillərində batmaq üzrə olan rezin qayıqda olan 97 nizamsız miqrant Türkiyə Hərbi Dəniz Komandanlığına aid "TCG Gaziantep" gəmisinin təşəbbüsü və Liviya Sahil Mühafizəsinin müdaxiləsi ilə xilas edilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Liviya sahillərində vəzifəli "TCG Gaziantep" freqatı 13 mayda Khomas limanının 28 mil məsafədə içində qanunsuz miqrantların olduğu rezin qayıq aşkarlayıb.
Rezin qayğın bir hissəsinin suya batdığı və miqrantların böyük təhlükə altında olduğunun müəyyən edilməsi nəticəsində bölgədə vəzifəli "TCG Göksu" frekatında olan helikopter dərhal havaya qalxıb.

Vəziyyət barədə Liviya Sahil Təhlükəsizlik Komandirliyinə məlumat verildikdən sonra hərbi helikopter və "TCG Gaziantep" freqatı nizamsız miqrantları daşıyan rezin qayığı yaxından təqib edərək təhlükəsizliyini təmin edib. 

Liviya Sahil Təhlükəsizlik qrupları bölgəyə getdikdən sonra, 97 immiqrant qayıqdan götürülüb. İmmiqrantların tərk etmələrindən dərhal sonra qayığın batması mümkün fəlakətin qarşısının alınmasının ən böyük göstəricisi kimi dəyərləndirilib. 

Təhlükəsizlik qaynaqları Liviya sahillərində vəzifəli freqatın bu həftə ərzində yardım çağıran 123 nizamsız miqrantın xilas edilməsində əhəmiyyətli rol oynadığını və Hərbi Dəniz Qüvvələri Komandanlığına aid gəmilərin bölgədə mümkün insan itkisinin qarşısının alınmasında böyük bir töhfə verdiyini bildiriblər.



Әlaqәli Xәbәrlәr