Türkiyә Prezidenti İordaniya Kralı vә Küveyt Әmiri ilә telefon әlaqәsi saxlayıb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İordaniya Kralı II Abdullah vә Küveyt Әmiri Şeyx Nәvvaf әl-Әhmәd әl-Cәbir әs-Sabahla telefon әlaqәsi saxlayıb.

1637634

Rәcәb Tayyib Әrdoğan vә İordaniya Kralı Abdullah arasında baş tutan telefon danışığında İsrailin Qüds, Әqsa mәscidi vә fәlәstinlilәrә etdiyi müdaxilә müzakirә olunub.Tәrәflәr bu hücumların dayandırılması üçün Türkiyә vә İordaniyanın birgә işlәmәlәrinin әhәmiyyәtinә diqqәt çәkiblәr.

Qeyd edәk ki, Türkiyә prezidenti ilә Küveyt Әmiri arasında baş tutan telefon danışığında da İsrailin Әqsa mәscidi vә fәlәstinlilәrә etdiyi hücumlar müzakirә olunub.

Әlaqәli Xәbәrlәr