Mustafa Şentop vә Fәxrәddin Altun İsrailin Qәzza zolağına etdiyi hücuma reaksiya göstәrib

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop İsrailin Qәzza zolağına etdiyi hücumu qınayıb.

1637636
Mustafa Şentop vә Fәxrәddin Altun İsrailin Qәzza zolağına etdiyi hücuma reaksiya göstәrib

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop İsrailin Qәzza zolağına etdiyi hücumu qınayıb.

Rәsmi internet sәhifәsindә paylaşım edәn Mustafa Şentop deyib: ‘‘İşğalçı İsrail dövlәt terroru törәdir’’.

Türkiyә olaraq reaksiyalarını hәr zaman dilә gәtirәcәklәrini vurğulayan Mustafa Şentop bildirib ki, Birlәşmiş Millәtlәr Tәşkilatı vә dünya yenә susur. Hәr kәs sussa da Türkiyә olaraq biz heç vaxt susmayacağıq.

Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun da İsrailin Qәzza zolağına etdiyi hücuma reaksiya göstәrib.

Fәxrәddin Altun deyib: ‘‘Dövlәt terroru törәdәn İsrail çox sayda  fәlәstinlini qәtlә yetirib.İsrailin beynәlxalq hüquq qarşısında mühakimә olunması üçün mübarizәmizi davam etdirәcәyik’’.

Qeyd edәk ki, İsrailin Qәzza zolağına endirdiyi zәrbәlәr nәticәsindә 9-u uşaq olmaqla 20 nәfәr hәyatını itirib, çox sayda adam da yaralanıb.



Әlaqәli Xәbәrlәr