"Türkiyə Fələstində seçkilərin keçirilməsi üçün istənilən dəstəyi verməyə hazırdır", M.Çavuşoğlu

Mövlud Çavuşoğlu Fələstində seçkilərin beynəlxalq standartlarda keçirilməsi üçün istənilən dəstəyi verməyə hazır olduqlarını bildirib.

1636319
"Türkiyə  Fələstində seçkilərin keçirilməsi üçün istənilən dəstəyi verməyə hazırdır", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə Xarici İşlər Nazirləri səviyyəsində görüş keçirə biləcəklərini söyləyib.

Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan Fələstinin xarici İşlər naziri Riyad əl-Maliki ilə görüşüb.

Nazir Çavuşoğlu təşkil edilən birgə mətbuat konfransında İsrailin Şərqi Qüdsdə qanunsuz məskunlaşma yerləri açmaq üçün atdığı addımlardan imtina etməsini istəyib.

Çavuşoğlu Fələstində seçkilərin beynəlxalq standartlarda keçirilməsi üçün istənilən dəstəyi verməyə hazır olduqlarını da vurğulayıb.

Misirlə əlaqələrə toxunan Çavuşoğlu "Misirlə Xarici İşlər Nazirləri səviyyəsində bir görüş keçirə bilərik" deyib.

Riyad əl-Maliki isə "Türkiyə Fələstin xalqını dəstəkləməkdə hər zaman öndədir" dedi.

Maliki Fələstində seçkilərin keçirilməsi üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsini də istəyib.



Әlaqәli Xәbәrlәr