Milli müdafiə naziri Hulusi Akar terrorla mübarizənin davam etdiyini bildirdi

Milli müdafiə naziri Hulusi Akar 1 yanvar tarixindən indiyədək 988 terrorçunun zərərsizləşdirildiyini bildirib.

1636432
Milli müdafiə naziri Hulusi Akar terrorla mübarizənin davam etdiyini bildirdi

Milli müdafiə naziri Hulusi Akar 1 yanvar tarixindən indiyədək 988 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Akar Baş qərargah rəisi general Yaşar Gülər ​​və Baş qərargah rəisinin vəkili general-leytenant Səlcuq Bayraktaroğlu ilə birlikdə Xüsusi Təyinatlılar Komandanlığını ziyarət edibi və tədiqaqatlar aparıb.

Akar buradakı çıxışında Türkiyə Silahlı Qüvvələrinin fəal bir dövr keçdiyini və 24 iyul 2015-ci il tarixində İkiyaka dağlarında başlayan və uğurla həyata keçirilən əməliyyatların 6 ildir artan şiddət və templə davam etdiyini bildirib.

Akar TSK-nın hər cür təhdid və təhlükə qarşısında olduğu kimi, bütün terror təşkilatlarının qarşısında ölkənin birliyi və bütövlüyü üçün lazım olan hər şeyi etdiyini və edəcəyini də deyib.

Akar terror təşkilatının yerləşdiyi Avaşin-Basyan və Metinada 23 aprel tarixindən bəri "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatlarının başladığını xatırladaraq, "İraqın şimalında, Suriyanın şimalında 2021-ci il yanvarın 1-dən etirabən 988 terrorçu zərərsizləşdirilib" deyib. 

Akar Türkiyənin bir tərəfdən İraq və Suriyanın şimalında terrorçulara qarşı mübarizəsini davam etdirərkən, digər tərəfdən Egey, Aralıq dənizi və Kıbrısda həm özünün, həm də KKTC-nin hüquqlarını qorumaq üçün gecə-gündüz mübarizə apardığını söyləyib.



Әlaqәli Xәbәrlәr