Türkiyә XİN Türkiyә vә Misir heyәtlәri arasında keçirilәn görüşlәrlә bağlı bәyanat verib

Türkiyә vә Misir nümayәndә heyәtlәri arasında Qahirәdә baş tutan görüşlәrin sәmimi mühitdә keçirildiyi bildirilib.

1635614

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda xarici işlәr nazirinin müavini, sәfir Sedat Önal vә Misir xarici işlәr nazirinin müavini, sәfir Hamdi Sanad Lozanın rәhbәrliyindәki nümayәndә heyәtlәri arasında Qahirәdә iki gün davam edәn görüşlәrin  sona çatdığı bildirilib.

Bәyanatda hәmçinin bu ifadәlәrә yer verilib: ‘‘Görüş sәmimi mühitdә keçirilib. Görüşlәrdә ikitәrәfli mәsәlәlәr ilә yanaşı, Liviya, Suriya vә İraqdakı vәziyyәt başda olmaqla regional mәsәlәlәr müzakirә olunub, hәmçinin Şәrqi Aralıq dәnizindә sülh vә tәhlükәsizliyin tәmin edilmәsinin vacibliyi qeyd olunub. Tәrәflәr görüşlәrin bu turunu qiymәtlәndirәcәk vә atılacaq addımlarla bağlı qәrarlar qәbul edәcәk’’.

Әlaqәli Xәbәrlәr