Prezident Ərdoğan ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

1634824
Prezident Ərdoğan ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin verdiyi açıqlamaya görə, görüşdə Türkiyə-Almaniya münasibətləri və regional mövzular müzakirə edilib.

Almaniyanın daxil olduğu ümumi seçki prosesinin xeyirlə nəticələnməsini dilə gətirən Prezident Ərdoğan Türkiyə ilə Almaniya arasındakı münasibətlərin yeni dövrdə tədbirli və strateji bir perspektivlə inkişaf edəcəyinə inandığını vurğulayıb.

Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin azalmamasının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini, Türkiyənin isə mülayim mövqeyini qoruduğunu bildirib.

Dövlət başçısı NATO-nun imkan və qabiliyyətlərindən də istifadə edərək Əfqanıstana dəstəyin ən təsirli şəkildə necə davam etdiriləcəyini müzakirə etməyin vacibliyini də vurğulayaraq, Liviyada sabitliyin qorunması üçün milli birlik hökumətinin qurulmasını dəstəklədiklərini, bu məsələdə Almaniya ilə əməkdaşlığa hazır olduqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr