Volkan Bozkır Türkiyәnin terror tәşkilatı PKK-ya qarşı keçirdiyi әmәliyyatları qiymәtlәndirib

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Assambleyasının 75-ci sessiyasının sәdri Volkan Bozkır Türkiyәnin separatçı terror tәşkilatı PKK-ya qarşı apardığı mübarizәdә 30 mindәn çox itki verdiyini söylәyib.

1634058

Volkan Bozkır tәşkil etdiyi mәtbuat konfransında Türkiyәnin İraqın şimalında separatçı terror tәşkilatı PKK-ya qarşı apardığı әmәliyyatlarla bağlı verilәn sualı cavablandıraraq deyib: ‘’39 illik diplomat vә 11 illik siyasәtçi olaraq bölgәni çox yaxşı bilirәm. Türkiyә terror tәşkilatı PKK-ya qarşı apardığı mübarizәdә 30 mindәn çox itki verib vә tәәsüf ki, bu terrorçular İraqın şimalındadırlar. İraq hökumәti bu terrorçuların Türkiyә torpaqlarına sızaraq çox sayda adamı öldürmәsinin qarşısını almalıydı. Türkiyә bu әmәliyyatları illәrdir hәyata keçirir. Bu dünәn deyil, keçәn il dә deyil,  on illәrdir davam edir. Türkiyә ilә İraq arasındakı münasibәtlәr çox yaxşıdır, hәmçinin İraqın şimalı ilә dә yaxşı münasibәtlәrimiz var. Bu әmәliyyatar tәktәrәfli hәyata keçirilmәdi. Terrora qarşı mübarizәnin әn yaxşı yolunun güclәri birlәşdirmәk olduğunu düşünürәm’’.

Әlaqәli Xәbәrlәr