Mövlud Çavuşoğlu Bosniya vә Herseqovinaya sәfәr edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu rәsmi görüşlәr keçirmәk üçün Bosniya vә Herseqovinanın paytaxtı Sarayevoya sәfәr edib.

1634047
Mövlud Çavuşoğlu Bosniya vә Herseqovinaya sәfәr edib
cavusoglu saraybosna.jpg
cavusoglu saraybosna.jpg

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu rәsmi görüşlәr keçirmәk üçün Bosniya vә Herseqovinanın paytaxtı Sarayevoya sәfәr edib.

Mәlumata görә, Mövlud Çavuşoğlu sәfәr çәrçivәsindә Kovaçi şәhidlәr xiyabanını ziyarәt edәrәk ölkәnin ilk prezidenti Aliya İzetbeqoviçin mәzarına çiçәk qoyub.

Başçarşıya gedәn Mövlud Çavuşoğlu burada Türkiyә Radio vә Televiziya Qurumunun  (TRT) ekranlarında yayımlanan ‘‘Diriliş Ertuğrul’’ serialında İslam dinini qәbul edәn әsgәri oynayan vә ‘‘TRT Belgesel’’ telekanalında yayımlanan ‘‘Ailenin Yeni Üyesi’’ proqramını tәqdim edәn Reshad Strik ilә söhbәt edib.

Mövlud Çavuşoğlu daha sonra Qazi Hüsrev Bәy  mәscidinin hәyәtindә yerlәşәn Qazi Hüsrev Bәy  mәqbәrәsini ziyarәt edib.

Qazi Hüsrev Bәy mәscidinin imamı Mensur Malkiçdәn mәlumat alan Mövlud Çavuşoğlu ona  Sloveniya müftüsü Nedzad Qrabusun salamını çatdırıb.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu Bosniya vә Herseqovina xarici işlәr naziri Bisera Turkoviçin ev sahibliyindә verilәn iftar yemәyinә dә qatılıb.



Әlaqәli Xәbәrlәr