Hulusi Akar: ‘‘Türkiyәnin heç kimin torpağında, haqq vә hüququnda gözü yoxdur’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar  ‘‘Pәncә-İldırım’’ vә ‘‘Pәncә-Şimşәk’’ әmәliyyatlarında zәrәsizlәşdirilәn separatçı terror tәşkilatı PKK üzvlәrinin sayının 68-ә çatdığını deyib.

1634276
Hulusi Akar: ‘‘Türkiyәnin heç kimin torpağında, haqq vә hüququnda gözü yoxdur’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar  ‘‘Pәncә-İldırım’’ vә ‘‘Pәncә-Şimşәk’’ әmәliyyatlarında zәrәsizlәşdirilәn separatçı terror tәşkilatı PKK üzvlәrinin sayının 68-ә çatdığını deyib.

Mәlumata görә, Hulusi Akar Gölcük Komandanlığına baş çәkib. Hulusi Akarı Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr, Hәrbi Dәniz Qüvvәlәrinin komandanı Adnan Özbal müşaiyәt ediblәr.

Burada çıxış edәn Hulusi Akar İraqın şimalında hәyata keçirilәn әmәliyyatlara toxunaraq deyib: ‘‘Әmәliyyatlarımız uğurlu şәkildә davam etdirilir. Son olaraq bir mağarada tәsbit edilәn 6 terrorçu da zәrәsizlәşdirilib. Aprelin 23-dәn etibarәn zәrәsizlәşdirilәn terrorçulatın sayı 68-ә çatıb’’.

Çıxışında Kıbrıs mәsәlәsinә dә toxunan Hulusi Akar bu mәsәlәnin Türkiyәnin milli davası olduğunu vә  adada iki dövlәtli quruluşun olmasının şәrt olduğunu söylәyib.

Yunanıstan ilә Türkiyә arasındakı münasibәtlәrә dә toxunan  Hulusi Akar deyib: ‘‘Türkiyә ilә tәhdid dilindә danışmaqla heç nәyә nail ola bilmәyәcәklәrini anlamalarını gözlәyirik’’.

Egey dәnizi,  Şәrqi Aralıq dәnizi ilә Kıbrıs mәsәlәsindә tutduqları mövqe ilә siyasi hәll yollarını açdıqlarını ifadә edәn Hulusi Akar Türkiyәnin heç kimin torpağında, suyunda, haqq  vә hüququnda gözünün olmadığını deyib.

 “Hər kəsin bir dəfə də olsun haqqımızı tapdalatmayacağımızı da bilmələrini istəyirik’’,-deyә Tüğrkiyәnin müdafiә naziri qeyd edib.

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr