Erməni terrorunun qurbanı diplomat Orhan Gündüzün xatirəsinə anım mərasimi keçirilib

Amerika Birləşmiş Ştatlarında,  Türkiyənin Boston Fəxri Baş Konsul vəzifəsini icra edərkən erməni terror təşkilatı “JCAG”-nun  xayin  hücumu  nəticəsində şəhid olan diplomat Orhan Gündüz üçün anım  mərasimi  təşkil  edilib.

1634364
Erməni terrorunun qurbanı diplomat Orhan Gündüzün xatirəsinə anım mərasimi keçirilib
abd diplomat orhan gunduz.jpg
abd diplomat orhan gunduz.jpg
abd diplomat orhan gunduz.jpg
abd diplomat orhan gunduz.jpg

Türkiyənin fəxri baş konsulu Orhan Gündüz, 39  il  əvvəl Somervilledəki evinin qarşısında   avtomobilinə   mindiyi  əsnada   şəhid  edildiyi    küçədə  və Forest Hilldəki məzarı  başında  anılıb.

Boston Baş Konsulu Ceylan Özən Ərişən, Baş konsulluq diplomatları və Türk Amerikan Birliyi mənsublarının   iştirak  etdikləri  anım  mərasimindəki çıxışında mərhum Gündüzün həyatına  toxunub və  ona  təşkil  edilən   xayin  hücumun    hüququn  bütün  normlarına   və   ədalətə zidd  olduğunu  vurğulayıb.

Türk Amerikan birliyi şəhid diplomatın erməni terror qruplaşması  tərəfindən  öldürülməsini lənətləyən  mesaj və görüntüləri  sosial  mediada paylaşıb.

 



Әlaqәli Xәbәrlәr