Terrorla mübarizə çərçivəsində aprel ayında 115 terrorçu zərərsizləşdirildi

Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı aprel ayında cəmi 115 terrorçunun zərərsizləşdirildiyini bildirib.

1633551
Terrorla mübarizə çərçivəsində aprel ayında 115 terrorçu zərərsizləşdirildi

Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı aprel ayında cəmi 115 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Onlardan 8-nin dırnaqarası yüksək səviyyəli terrorçu olduğu açıqlanıb.

Çataklı aylıq brifinqdə daxili təhlükəsizlik əməliyyatları çərçivəsində 2021-ci ilin aprel ayında 9-u böyük, 34-ü orta miqyaslı olmawla 9 min 341 kənd əməliyyatı və terror təşkilatlarının şəhərlərdə fəaliyyət göstərən təşkilatlanma işləri və onlara dəstək olanlara qarşı min 418 əməliyyat həyata keçirildiyini qeyd edib.
İsmayıl Çataklı deyib:

"Aprel ayında dırnaqarası yüksək səviyyəli 8 terrorçunun da yer aldığı 115 terrorçu, 16-sı ölü, 2-si yaralı, 72 sağ, 25 təslim olmaqla zərərsizləşdirildi. Zərərsizləşdirilən terrorçulardan 66 nəfəri PKK/KCK, bunlardan 49 nəfəri DEAŞ terror təşkilatının üzvüdür. Bundan əlavə, terror təşkilatlarına köməkçi olduqları və təşkilatlarla əlaqəli olduqları düşünülən 2 min 527 şübhəli saxlandı, 448 nəfər həbs olundu".



Әlaqәli Xәbәrlәr