Fәxrәddin Altın TRT-nin Baş direktoruna tәbrik mesajı göndәrib

Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun TRT-nin müxtәlif dillәrdә hәyata keçirdiyi  yayımlar ilә Türkiyәnin gücünü bütün dünyaya göstәrdiyini vә xalqın sәsini eşitdirdiyini bildirib.

1632150
Fәxrәddin Altın TRT-nin Baş direktoruna tәbrik mesajı göndәrib

Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyә Radio vә Televiziya Qurumunun (TRT) müxtәlif dillәrdә hәyata keçirdiyi  yayımlar ilә Türkiyәnin gücünü bütün dünyaya göstәrdiyini vә xalqın sәsini eşitdirdiyini bildirib.

Fәxrәddin Altun TRT-nin yaranmasının  ildönümü münasibәtilә Türkiyә Radio vә Televiziya Qurumunun Baş direktoru İbrahim Erenә tәbrik mesajı göndәrib.

TRT-nin diqqәt çәkәn proqramlara imza atdığını ifadә edәn Fәxrәddin Altun deyib: ‘‘Türkiyә Radio vә Televiziya Qurumu müxtәlif dillәrdә hәyata keçirdiyi yayımlar ilә Türkiyәnin gücünü bütün dünyaya göstәrir vә xalqın sәsini eşitdirir. Türkiyә Prezident Administrasiyasının  Kommunikasiya İdarәsi olaraq bütün imkanlarımızla TRT-ni dәstәklәmәyә davam edәcәyik’’.



Әlaqәli Xәbәrlәr