TRT World Forum Suriyadakı vәtәndaş müharibәsinin 10-cu ildönümü ilә bağlı iclas keçirәcәk

TRT World Forum Suriyadakı vәtәndaş müharibәsinin 10-cu ildönümü münasibәtilә Türkiyәdә yaşayan suriyalıların müzakirә olunacağı  iclas keçirәcәk. İclas iki ayrı sessiya şәklindә baş tutacaq.

1630784

Bu barәdә Türkiyә Radio vә Televiziya Qurumundan verilәn mәlumatda bildirilib. Mәlumata görә, ilk sessiya  ‘’10 ildәn sonra: Türkiyәdәki suriyalı qaçqınlar’’ başlığı altında keçirilәcәk. Bu gün baş tutacaq ilk sessiyada  müharibәdәn qaçaraq Türkiyәyә yerlәşәn vә özünә burada yeni hәyat quran biznesmen Hasiba Ammad iştirak edәcәk.

Mәlumata görә, iclas Türkiyә vaxtı ilә saat 15.00-da başlayacaq vә TRT World Forumun rәsmi ‘‘İnstegram’’ sәhifәsindә canlı  yayımlanacaq.

Sabah baş tutacaq ikinci sessiya isә yerli vaxtla saat 17.00-da başlayacaq. ‘‘Türkiyәdәki suriyalı qaçqınların 10-cu ili’’ başlığı altında keçirilәcәk iclasda Bahçeşehir Universitetinin Köç Mәrkәzinin qurucu direktoru Ulaş Sunata iştirak edәcәk.

İclası TRT World Forumun ‘‘Youtube’’ (@trtwordlforum), ‘‘Facebook’’ (@trtwordlforum) vә ‘‘Twitter’’ (@trtwordlforum) sәhifәlәrindә izlәyә bilәrsiniz.

Әlaqәli Xәbәrlәr