Ukraynanın mədəniyyət naziri: "Türkiyənin təcrübəsini tətbiq etmək istəyirik"

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenko Ətibarlı Turizm Sertifikat Proqramı ilə bağlı Türkiyənin təcrübəsini öyrənib, ölkədə tətbiq etmək istədiklərini söyləyib.

1629928
Ukraynanın mədəniyyət naziri: "Türkiyənin təcrübəsini tətbiq etmək istəyirik"

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenko Ətibarlı Turizm Sertifikat Proqramı ilə bağlı Türkiyənin təcrübəsini öyrənib, ölkədə tətbiq etmək istədiklərini söyləyib.

Ukrayna Turist Hüquqları və Turizm Təhlükəsizliyi üzrə İşçi Qrupunun iclası üçün Antalyaya gələn Tkaçenko Təhlükəsiz Turizm Sertifikat Proqramı ilə əlaqədar fəaliyyətləri yaxından tədqiq edib.

Müşayiətindəki heyəti ilə qədim Aspendos şəhərini ziyarət edən Tkaçenko Antalyada səmərəli görüşlər keçirdiklərini söyləyib.

Yığıncaq sayəsində Türkiyədəki turizm sahəsində görülən tədbirləri yerindəcə görmək imkanı əldə etdiyini vurğulayan Tkaçenko "Ətibarlı Turizm Sertifikat Proqramı həqiqətən maraqlı bir təşəbbüsdür, Türkiyənin bu sahədəki təcrübəsini qiymətləndirmək, öyrənmək və ölkəmizdə tətbiq etmək istəyirik" deyib.

Tkaçenko Türkiyənin yeni növ koronavirus (Covid-19) əleyhinə davam etdirdiyi vaksin fəaliyyətlərinin də turizm baxımından əhəmiyyətli olduğuna diqqət çəkib.

Turizm sektoru işçilərinin vaksin olunmasının nümunəvi tətbiq olduğunu vurğulayan Tkaçenko "Sektorda işləyən personalın peyvəndlənməsi sayəsində Ukraynadan Türkiyəyə gələn turist sayı mütləq artacaq" deyib.

Ukraynalı turistlərin Türkiyəyə gətirilməsi üçün də səylərin göstərildiyini vurğulayan Tkaçenko deyib ki, mən kampaniyanın ən parlaq nümunəsiyəm. Eyni zamanda may ayının ortalarında Ukrayna mətbuatından bir qrup buraya gələcək, bu yerləri ziyarət edəcək, etibarlı turizmin nə demək olduğunu, nələrin edildiyini görəcək və ukraynalılara danışacaq. Ukrayna mediasında Türkiyədəki tətillə bağlı tanıtımlar olacaq.



Әlaqәli Xәbәrlәr