Fəxrəddin Altun erməni terrorunu əks etdirən videoçarx paylaşıb

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb.

1627806
Fəxrəddin Altun erməni terrorunu əks etdirən videoçarx paylaşıb

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb.

Videoçarxı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun öz rəsmi “Twitter” səhifəsində paylaşıb.

F.Altun paylaşımında şərh olaraq bildirib: “Erməni terror təşkilatları, bir sıra sui-qəsdlər, bombalı və silahlı hücumlar təşkil edərək türklərlə yanaşı, Azərbaycan, Fransa, İsveç və ABŞ vətəndaşları da daxil olmaqla çox sayda dinc insanı qətlə yetirib.

Bundan əlavə, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair məlum açıqlamasını şərh edən Fəxrəddin Altun qeyd edib: “Erməni diasporunun əsassız böhtanlarını dəstəkləyən bu açıqlamanın ABŞ-ın daxili siyasi hesablarından qaynaqlandığı aydındır. Şübhəsiz ki, mənfi təsir göstərəcək bu təşəbbüs nə ermənilərin acınacaqlı vəziyyətlərindən qurtulmasına kömək olacaq, nə də ABŞ-ın maraqlarına xidmət edəcək. Co Bayden hakimiyyətinin daxili siyasi məqsədlərlə tarixi səhv təqdim etməsi Türkiyə-ABŞ münasibətləri baxımından həqiqətən təəssüf doğuran haldır. 1915-ci il hadisələrinin faciədən başqa bir şey olaraq etiketlənməsi isə səhv və zərərlidir”.

1915-ci il hadisələrinin “soyqırımı” olaraq qəbul edilməsinin erməni diasporunun təsirindən irəli gəldiyini deyən F.Altun Türkiyə olaraq bunu qəti şəkildə rədd etdiklərini bildirib. Qeyd edilib ki, xalqın maraqları və milli təhlükəsizlik üçün hər zaman olduğu kimi Türkiyə ilə müttəfiqləri arasında dialoq və əməkdaşlıqlar davam etdiriləcək. Lakin, millətin tarixini və türk xalqının nüfuzunu ləkələmək üçün edilən təşəbbüslərə qarşı çıxmaqdan da heç bir zaman çəkinilməyəcək.

Ayrıca Türkiyənin beynəlxalq elm adamları və tarixçiləri araşdırmağa açıq olan Osmanlı arxivlərini tədqiq etmələri üçün çağırdığını xatırladaraq Prezident Ərdoğanın "Biz arxivləri sonunadək açmışıq. Ermənilər siz də, başqa ölkələr də açsınlar. Gətirin bütün arxivləri tarixşünaslar bunların üzərində işləsinlər. Ortaya çıxan tablolardan sonra siyasi xadimlər kimi biz danışağın" ifadələri yer alıb.

"Tarix həqiqəti axtaran tarixçilər tərəfindən yazılmalıdır. Lobbi qruplarının fəaliyyətlərindən təsirlənən siyasətçilər tərəfindən deyil" mesajı verilən videoda Türkiyə erməniləri 85-ci patriarşı Sahak Maşalyanın "Xalqımızın acısının və əcdadımızın müqəddəs xatirəsinin bəzi ölkələr tərəfindən vasitə kimi istifadə olunduğunu görmək bizi kədərləndirir. 10 illərdir bu mövzunun parlamentlərin gündəminə daşınmasının yaratdığı gərginliklər, iki xalqın yaxınlaşmasına xidmət etmir" açıqlamına diqqət çəkilib. 

Videoda Türkiyənin həqiqət olmayan iddiaların erməni vətəndaşları ilə olan güclü əlaqələrinə təsir etməsinə icazə verməyəcəkləri vurğulanaraq, Türkiyənin erməni icmasının haqlarını və dini azadlıqlarını qorumağa davam edəcəyi qeyd olunub. 

 



Әlaqәli Xәbәrlәr