Baydenin bəyanatına ölkə daxilində sərt reaksiyalar göstərildi

Vitse-prezident Fuad Oqtay, Milliyyətçi Hərəkat Partiyasnın başçısı Dövlət Bağçalıİbrahim Kalın, Fəxrəddin Altun, Ömer Çelik,Faiq Öztrak...

1627735
Baydenin bəyanatına ölkə daxilində sərt reaksiyalar göstərildi
devlet bahçeli.jpg
İbrahim Kalın.jpg

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Baydenin 1915-ci il hadisələrini qondarma "soyqırım" olaraq xarakterizə etməsinə qarşı reaksiyalar artmaqdadır.

Vitse-prezident Fuad Oqtay Baydenin açıqlamasına sərt reaksiya verərək deyib:

"Siyasi məqsədlə tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələri ilə əlaqədar Baydenin sözlərini qəbul etmirik. Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançılar tərəfindən qetlə yetirilən türklərin iztirab və əzablarına məhəl qoymayan bu açıqlamanın millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır".

Milliyyətçi Hərəkat Partiyasnın başçısı Dövlət Bağçalı "Türk millətinin şərəfli keçmişində nə soyqırımı məhcubiyyəti nə də qətliam zilləti vardır. Tariximiz bu baxımdan da tərtəmizdir" deyib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın Baydenin açıqlamasını "qınayırıq və rədd edirik" deyərək, "ABŞ Prezidentinə tarixinə və bu gününə baxmasını tövsiyə edirik" ifadəsindən istifadə edib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun “ABŞ səlahiyyətliləri bu bəyanatla təəssüf ki, lobbilərin tələbləri qarşısında diz çökdü" deyərək, "Türkiyə olaraq ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq tanımasını şiddətlə qınayır və rədd edirik. Biz bu bəyanatı etibarsız və heç bir hüquqi, elmi, qanuni olmadığını bəyan edirik", deyə sərt mövqe bildirib.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik "tarixi və hüquqi əsası olmayan əsassız iddialara əsaslanan ifadəni rədd edirik" deyib.

Cümhuriyyət Xalq Partiyasının sözçüsü Faiq Öztrak Baydenin açıqlamasının tarixə böyük bir səhv olaraq düşdüyünə diqqət çəkərək "Ölkəmizi ittiham altında qoyan ifadələrə görə təəssüf edirik" deyib.



Әlaqәli Xәbәrlәr