ABŞ səfiri XİN-ə çağırılıb

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Xarici İşlər Nazirliyinə çağırılıb.

1627723
ABŞ səfiri XİN-ə çağırılıb

ABŞ-ın Ankaradakı səfiri David Satterfild prezident Co Baydenin 1915-ci il hadisələrini  qondarma "soyqırım" olaraq tanıyan açıqlamasına görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin məlumatında bildirilib ki, ABŞ səfirinə tarixi və hüquqi əsası olmayan bu bəyanatın Türkiyə tərəfindən qınandığı və rədd edildiyi bildirilib.

Bəyanatın beynəlxalq hüquq baxımından qanunsuz olduğu səfirin diqqətinə çatdırılaraq bildirilib ki, bu açıqlama Türkiyə xalqını dərindən incitdiyi və Türkiyə-ABŞ əlaqələrinə dərin yara vurub.



Әlaqәli Xәbәrlәr