İbrahim Kalın və Cek Sulivan arasında telefon danışığı olub
Bu barədə Türkiyə Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın və Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sulivan arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, tərəflər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden arasında baş tutan telefon danışığında müzakirə olunan mövzuları qiymətləndiriblər.
Tərəflər həmçinin iki ölkə arasındakı münasibətləri müzakirə ediblər və iki liderin iyun ayında keçiriləcək NATO sammitində görüş keçirəcəklərinə görə məmnun olduqlarını ifadə ediblər.
Әlaqәli Xәbәrlәr

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
Suriyada separatçı terror tәşkilatı PKK/YPG-nin 18 üzvü zәrәrsizlәşdirilib.