Türkiyә XİN professor Sevil Atasoy ilә bağlı bәyanat yayıb

Türkiyә Birlәşmiş Millәtlәr Tәşkilatının Narkotik vә Cinayәtkarlıqla Mübarizә İdarәsinin üzvlüyünә üçüncü dәfә seçilәn professor Sevil Atasoya uğurlar arzulayıb.

1626089
Türkiyә XİN professor Sevil Atasoy ilә bağlı bәyanat yayıb
sevil atasoy.jpeg

 

Türkiyә Birlәşmiş Millәtlәr Tәşkilatının Narkotik vә Cinayәtkarlıqla Mübarizә İdarәsinin üzvlüyünә üçüncü dәfә seçilәn professor Sevil Atasoya uğurlar arzulayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda mәrkәzi Avstriyanın paytaxtı Vyanada yerlәşәn BMT-nin Narkotik vә Cinayәtkarlıqla Mübarizә İdarәsinin  Nyu Yorkda  2022-2027-ci illәr üçün keçirilәn seçkilәrindә Türkiyә tәrәfindәn namizәdliyi irәli sürülәn professor Sevil Atasoyun 2005-ci ildәn etibarәn icra etdiyi vәzifәyә üçüncü dәfә seçildiyi bildirilib.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Sevil Atasoyun BMT-nin Narkotik vә Cinayәtkarlıqla Mübarizә İdarәsinin fәaliyyәtlәrinә әhәmiyyәtli töhfәlәr vermәyә davam edәcәyinә inanırıq vә ona uğurlar arzulayırıq. Bu eyni zamanda ölkәmizin beynәlxalq tәşkilatlardakı gücünün vә nüfuzunun tәzahürüdür’’.

Mәlumata görә, Sevil Atasoy 2022-2027-ci illәr arasında da vәzifәsinin icrasına davam edәcәk.

Qeyd edәk ki, Birlәşmiş Millәtlәr Tәşkilatının Narkotik vә Cinayәtkarlıqla Mübarizә İdarәsinin 13 üzvü var.


 



Әlaqәli Xәbәrlәr