Rəcəb Tayyib Ərdoğan Məşvərət Şurasının iclasına sədrlik edib

Türkiyə prezidenti Məşvərət Şurasının iclasında əhəmiyyətli bəyanatlar verib.

1626617
Rəcəb Tayyib Ərdoğan Məşvərət Şurasının iclasına sədrlik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" yalanına qarşı həqiqətləri müdafiə etməyə davam edəcəklərini deyib. 

Rəcəb Tayyib Ərdoğan Məşvərət Şurasının iclasına sədrlik edib. 

İclasın detalları ilə bağlı bəyanat verən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib: "Cənab prezidentimiz  qondarma "erməni soyqırımı" yalanına qarşı həqiqətləri müdafiə etməyə davam edəcəklərini bildirib. Prezidentimiz Cümhuriyyətimizin 100-cü ildönümünü çevriliş konstitusiyası ilə deyil, xalqımızın qərarı ilə yeni və mülki konstitusiya ilə qarşılamaq istədiyini ifadə edib. Prezidentimiz həmçinin ölkəmizin ehtiyaclarına, xalqımızın gözləntilərinə uyğun yeni konstitusiyanın hazırlanması üçün çalışacaqlarını bildirib. Milli iradəyə sahib çıxaraq demokratiyaya qarşı atılan hər növ addımla mübarizə aparacaqlarını bildirən Rəcəb Tayyib Ərdoğan Türkiyənin inkişaf etməyə davam edəcəyini deyib".



Әlaqәli Xәbәrlәr