Xarici işlər naziri Mövlud Çavuşoğlu Çada başsağlığı verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu həftə sonu ölkənin şimalındakı separatçılara qarşı əməliyyatda iştirak edən və başlayan qarşıdurmada həyatını itirən Çad prezidenti İdris Debi İtno üçün başsağlığı verib.

1625198

Çavuşoğlu "Twitter" hesabından etdiyi paylaşımda İdriss Debi İtnonun cəbhədəki qarşıdurmalar nəticəsində həyatını itirdiyini dərin kədərlə öyrəndiyini qeyd edib:

"Hökumətə qarşı hücumları qınayırıq. Mərhuma Allahdan rəhmət diləyir, dost və qardaş Çad xalqına ürəkdən başsağlığı verirəm".

Qeyd edək ki, Çad ordusunun sözçüsü Azem Bermandoa Agouna milli televiziyaya verdiyi açıqlamada 68 yaşlı prezidentin həftə sonu ölkənin şimalındakı separatçılara qarşı əməliyyatda iştirak etdiyini, toqquşmada yaralandığını və həyatını itirdiyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr