Türkiyә Çad prezidentinin vәfat etmәsi ilә әlaqәdar bu ölkәyә başsağlığı verib

Türkiyә Çad prezidenti İdris Deby İtnonun silahlı müxaliflәr ilә yaşanan qarşıdurma nәticәsindә vәfat etmәsi ilә әlaqәdar bu ölkәyә başsağlığı verib.

1625355

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Çad prezidenti İdris Deby İtnonun silahlı müxaliflәr ilә yaşanan qarşıdurma nәticәsindә vәfat etmәsi ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Türkiyә vә Çad arasındakı dostluq vә qardaşlıq münasibәtlәrinә әhәmiyyәtli töhfәlәr verәn İdris Deby İtnonun vәfat etmәsi ilә әlaqәdar dost vә qardaş Çad xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, Çad ordusunun sözçüsü Azem Bermandoa Aqouna aprelin 20-dә dövlәt telekanalında çıxış edәrәk  68 yaşlı İdris Deby İtnonun hәftәsonu ölkәnin şimalındakı separatçı qruplaşmaya qarşı hәyata keçirilәn әmәliyyata qatıldığını  vә baş verәn qarşıdurma zamanı yaralandığını bildirmişdi. O, xәsarәt alan İdris Deby İtnonun vәfat etdiyini qeyd etmişdi.

Әlaqәli Xәbәrlәr