“Müqavilə təkbaşına sabitliyi təmin etmək üçün kafi deyil", M.Çavuşoğlu

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu, Rumıniyanın Yeni Strategiya Mərkəzi və Polşanın Şərq Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilən veb seminara (webinar) göndərdiyi video-mesajda M.Çavuşoğlu deyib...

1625779
“Müqavilə təkbaşına sabitliyi təmin etmək üçün kafi deyil", M.Çavuşoğlu

 

  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Montrö Müqaviləsilə bağlı “Razılaşmanı 1936-cı ildən bəri olduğu kimi şəffaf və tərəfsiz şəkildə tətbiqə davam edəcəyik, amma əlbəttə ki, müqavilə təkbaşına sabitliyi təmin etmək üçün kafi deyil" dedi.

  Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu (Ekonomi ve Toplum Araştırmaları Vakfı - SETA), Rumıniyanın Yeni Strategiya Mərkəzi və Polşanın Şərq Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilən "Türkiyə-Rumıniya-Polşa üçlü əməkdaşlığın pandemiyanın gətirdiyi təhlükəsizlik sınaqları baxımından əhəmiyyəti" başlıqlı veb seminara (webinar) göndərdiyi video-mesajda M.Çavuşoğlu deyib: “Dünya sarsıntılı zamanlardan keçdi; güc sürüşmələri ilə boşluqlar terrorizm, iqlim dəyişikliyi, pis hakimiyyət, yoxsulluq və didərginlik kimi sınaqların kompleks təhlükəsizlik tapmacasını yaratdı.

  Yeni tip koronavirus (Covid-19) epidemiyasının təsiri hər sahədə hiss edilir. Bu qlobal böhrandan çıxış yolu beynəlxalq həmrəylik və sağlam fikirdən keçir.

  Yan-yörəmizdə çox problem var. Son Dağlıq Qarabağ hadisələri “donmuş ixtilaf” deyə bir şeyin olmadığını göstərdi. Bu cür böhranlar Qaradəniz bölgəsinin təhlükəsizliyi və sabitliyinin nə qədər həyati olduğunu da göstərir.

  Qara dəniz İkinci Dünya Müharibəsi zamanında belə hərbi qarşıdurma dənizi olmamışdı. Bunun təməl səbəbi Montrö Müqaviləsiylə yaradılan həssas tarazlıqdır. Müqaviləni 1936-cı ildən bəri olduğu kimi şəffaf və tərəfsiz şəkildə tətbiqə davam edəcəyik, amma əlbəttə ki, müqavilə təkbaşına sabitliyi təmin etmək üçün kafi deyil. Bölgədə yüksələn gərginlik hamımızı narahat edir. Təxribatlardan uzaq olmaq lazımdır. Diplomatiya və dialoqun açıq olmasını təmin etmək üçün çalışmalıyıq."



Әlaqәli Xәbәrlәr